İtkin düşən daha iki şəxs tapıldı

Bakıda bir gündə itkin düşən iki nəfər tapılıb.

Yenicag.az xəbər verir ki, itkin düşən şəxsləri Sabunçu polisi tapıb.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də itkin düşən Mazanlı Tərxan Vahid oğlu və Dünyamalıyev Əli Qəmbər oğlunun yerləri müəyyən edilərək tapılıblar.

Hər iki şəxs ailəsinə təhvil verilib.