!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması yekunlaşır - RƏSMİ 

!Reklam – Yazi

“İtkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanılması layihəsinin tamamlanmasına bir rayon qalıb”.

Bu sözləri itkin düşmüş şəxslərin taleyi və bu yöndə atılan addımlarla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.İlahə Hüseynova bildirib ki, BQXK itkin düşmüş şəxslərin ailələrindən ətraflı məlumatların toplanması işini bitirib:

“90-cı illərdə döyüşlər nəticəsində təxminən 3800 nəfərdən çox insan itkin düşmüş sayılır. Onların taleyinin aydınlaşdırılması ilə bağlı addımlar atılır. İlk növbədə, ailələrdən ətraflı məlumatların toplanması həyata keçirilir ki, bu da artıq yekunlaşıb. Digəri isə itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanılmasıdır. Bu layihənin bitməsi üçün bir rayon qalıb. Bioloji nümunələrin əsasında DNT profilləri çıxarılır ki, DNT profilləri və ətraflı məlumatlar ikisi bir yerdə ekshumasiya zamanı tapılan insan qalıqlarının kimliyinin müəyyənləşdirilməsi üçün xidmət edəcək.

Eksumasiya prosesinə gəldikdə isə bu gün dövlət komissyası məlumat verdi ki, bu yöndə 6 pilot layihə həyata keçiriləcək”.

Səxavət Məmməd

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv