İTV Yayım Şurası üzvləri müzakirəyə çıxarıldı

media-hightechnic-468x90

Milli Məclisin plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər müzakirəyə çıxarılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, namizədlər barədə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.

Siyahıda yer alan namizədlər aşağıdakılardır:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından:

1. Həsən Şahhüseyn oğlu Cəfərov – Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri

2. Əzim Zahid oğlu Talıbov – Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Azərbaycan Milli Elmlər Akademiyasından:

1. Teymur Həşim oğlu Kərimli – Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor

2. Sərxan Abbas oğlu Xavəri – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent

Azərbaycan Mətbuat Şurasından:

3. Azər Hacıqulu oğlu Həsrət – Mətbuat Şurası İdarə Heyətinin üzvü

4. Aqil Ələsgər oğlu Fərəcov – Mətbuat Şurası İdarə Heyətinin üzvü.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05