İzzət Bağırov: “Böyük qürur hissi ilə anırıq sizi” – FOTO

media-hightechnic-468x90

“Böyük qürur hissi ilə anırıq sizi, xanım Əliyeva!”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni İzzət Bağırov paylaşımında qeyd edib.

Sənətçi təyyarə qəzasında həlak olan və yaddaşlarda qəhrəman qız kimi qalan stüardessa Hökümə Əliyevanın fotosunu sosial şəbəkə hesabında paylaşıb.

O, fotonu bu sözlərlə təqdim edib:

“Bu ad deyiləndə qürur, şərəfli peşə, mərd bir Azərbaycan xanımı canlanır gözümüzdə. Böyük qürur hissi ilə anırıq sizi, xanım Əliyeva!”

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan bələdçi Hökümə Əliyeva, eləcə də pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov II Fəxri xiyabanda dəfn olunacaq”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa