“Jundullah”ın lideri öldürüldü
Əfqansıtanda “Jundullah” qrupunun lideri öldürülüb.
Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin sözçüsü Hasib Siddiqi hava əməliyyatı nəticəsində qrupun lideri Mullah Şamsuddin və yaraqlı Qori Asadın öldüklərini bildirib.
Şamsuddinin Əfqanıstanın şimalında hökumət məmurlarının qətlində birbaşa əli olduğu bildirilir.
Əfqanıstan kəşfiyyatının məlumatına görə, Özbəkistan İslam Hərəkatı Əfqanıstanda “Jundullah” qrupu adı altında fəaliyyət göstərir.
Qrupun bir neçə üzvü Tacikistanda həbs olunub.
Bu qrupun əsasən özbəklərdən ibarət olduğu qeyd edilir. (qafqazinfo.az)