!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalist Peyman Sadıqov namizədliyini irəli sürəcək

!Reklam – Yazi

1440951414_1429026313_10168208_608716699197654_1278405818897066571_nTanınmış jurnalist, “Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcək.

Bu haqda jurnalist Peyman Sadıqov məlumat verib. Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacibdir. Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusəndə məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm. Uzun müddət ölkənin tanınmış qəzet və jurnallarında hətta informasiya agentliklərində müxtəlif vəzifələrdə çalışmış Peyman Sadıqov həm bir jurnalist, yazar, həm də vətəndaş kimi namizədliyini irəli sürəcək dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir: “İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım.

Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”(xalqxeber.az).

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv