Jurnalist Sənan Həsənoğlu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) müraciət edib.
Bu barədə Yenicag.az-a məlumat verən Sənan Həsənoğlu TƏBİB-ə müraciət ünvanlamaqda əsas məqsədinin koronavirusla mübarizəyə cəlb edilmək olduğunu bildirib.
Jurnalistin sözlərinə görə, onun tibbi təhsili var və koronavirusla mübarizəyə töhfə vermək istəyir:
“TƏBİB-də məni çox yaxşı qarşıladılar və təklifimi müsbət dəyərləndirdilər. Bildirdim ki, ən ağır xəstəxanda tibb işçisi kimi işləməyə hazıram. Əlimdən bir iş gəlməsə də, orada xəstələrlə psixoloji söhbətlər apara bilərəm.
Qarabağ müharibəsinini iştirakçısıyam. Harada düşmən varsa, orada döyüşmək istəyirəm. Hazırda ölkəmizi təhdid edən əsas düşmən koronavirusdur. Koronavirusla mübarizədə də döyüşməyə hazıram”.
Sənan Həsənoğlu sözügedən müraciətinə gün ərzində cavab veriləcəyini deyib