Jurnalistin bu hərəkəti Fatih Terimi özündən çıxardı – VİDEO

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim mətbuat konfransı zamanı özündən çıxıb.

Yenicag.az xəbər verir ki, Fatih Terim 28 iyulda keçiriləcək Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmasından öncə təşkil edilən mətbuat konfransında çıxış edib.

Konfransında bir jurnalistin telefonla danışmasına əsəbləşən Terim həmin şəxsə əsəbləşib.

Baş məşqçi, “Dostum, bu telefonu söndür, zəhmət olmasa”, – deyə sərt şəkildə danışığı kəsməsini söyləyib.