98 yaşlı müharibə veteranı “Tesla”nı tankla əzərək Maska MEYDAN OXUDU – “Faşizmi yenidən darmadağın edəcəyik!” – VİDEO

media-hightechnic-468x90

 

“Biz faşizmi ilk dəfə əzdik, yenə də əzəcəyik!”

Yenicag.az xəbər verir ki, İngiltərədə təşkil edilən qeyri-rəsmi etiraz aksiyasında 98 yaşlı İkinci Dünya Müharibəsi veteranı Ken Törner “Sherman” tipli tankla “Tesla”nı əzərək İlon Maska meydan oxuyub.

“Biz faşizmi ilk dəfə əzdik, yenə də əzəcəyik!”, – deyə o, söyləyib.

Etirazını ifadə edən Törner Maskın Avropada ifrat sağçı hərəkatları dəstəklədiyini iddia edib.

Qeyd edək ki, rtiraz faşizmə qarşı mübarizə aparan fəal qrupun təşkilatçılığı ilə həyata keçirilib. Qrup Maskın Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasını dəstəklədiyini açıqlayıb. Əvvəllər bu qrup Berlindəki “Tesla” fabrikində “Heil Tesla” sözləri olan proyeksiya nümayiş etdirərək geniş diqqəti cəlb etmişdi.

Bildirək ki, sözügedən qeyri-rəsmi etiraz hadisəsi sosial mediada sürətlə yayılaraq böyük müzakirələrə səbəb olub. Törnerin bu hərəkəti ictimai və siyasi məsələlərə etiraz olaraq diqqətə çatdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600