Jurnalistlər üçün “Həyəcan Siqnalı”

media-hightechnic-468x90

11739656_1039205252786014_775520943_nJurnalistlər üçün “Həyəcan Siqnalı” layihəsi keçiriləcəkdir.

Layihə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İRƏLİ” İctimai Birliyinin dəstəyi və Türkan Nadirqızının təşkilatçılığı altında “Həyəcan Siqnalı” layihəsi həyata keçirilir.
Layihənin əsas məqsədi gənc jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artıraraq, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq işlərinin təkmilləşdirilməsinə yardım etməkdir.
“Həyəcan siqnalı” layihəsi çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərəcək 30 gənc jurnalistin Hərbi mətbuat tarixi, Jurnalistikada ədalət prinsipi, Müharibə jurnalistikasının qaydaları, Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı ilə bağlı nəzəri və praktiki bilikləri artırılacaq.
Layihədə iştirak etmək istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Layihənin keçiriləcəyi yer: Bakı şəhəri
Son müraciət tarixi: 19 İyul 19:00
İştirakçı kriteriyaları:
• Yaş həddi 18-26 yaş
• Jurnalistika fəaliyyəti ilə məşğul olmalı
Qeyd: Layihə çərçivəsində yazı yarışması keçiriləcəkdir.
Əlaqələndirici şəxs: Türkan Nadirqızı
E-mail: [email protected]

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600