Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Jurnalistlərin binası"ndakı mənzillərin kupçaları niyə ləngiyir? - Komitə səbəbləri açıqladı

Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş 2-ci binanın istifadəyə verilməsindən 2 il ötsə də, hələ də həmin binadakı mənzillərin kupçaları jurnalistlərə verilməyib.

Yenicag.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Mia.az-a bunun səbəbini açıqlayıb.

Komitədən verilən məlumata görə, 22 İyul – Mətbuat Günü mənzillərin kupçalarının jurnalistlərə paylanılması təşəbbüsü olub:

“Lakin istismarla bağlı sənədlərdə ləngimə var. Əmlak Komitəsi kupçaların verilmə prosesə tam hazırdır. Müvafiq istismar sənədləri hazır olan kimi, elə binanın həyətində ünvana qeydiyyat xidməti göstərməyə hazırdırlar. Bu barədə komitə sədri də müvafiq tapşırıqlar verib”.

www.yenicag.az

1215