!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırov: "Kamera qarşısında üzr istəmək layiqli hərəkətdir"

!Reklam – Yazi

Kadırov kamera qarşısında üzr istəməyi layiqli hərəkət adlandırıb.

Yenicag.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Ümumdünya Televiziya Gününə həsr olunmuş tədbirdə çeçen jurnalistlərə açıqlamasında deyib.

“Mən bilirəm ki, televiziya işçilərinə tez-tez deyirlər ki, insanları kamera qarşısında üzr istəməyə məcbur edirlər. Günahkar şəxs öz səhvini və təqsirini etiraf edirsə, düzgün iş görür”, – Kadırov bildirib.

Çeçenistan lideri tez-tez respublika və ya Rusiya sakinlərinə qarşı hərəkətlər edən bəzi şəxslərin üzrxahlıqları ilə bağlı xatırlanır.

Müharibə başlayandan az sonra Kadırov Ukrayna hərbçilərinin ruslardan üzrxahlığını dərc edib.

O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya prezidenti Vladimir Putindən üzr istəməyə çağırıb. 2022-ci ilin sonunda Kadırov Vatikan təmsilçisindən Roma Papasının çeçenlərin hədsiz qəddarlığı haqqında sözlərinə görə üzrxahlığını qəbul edib.

İctimai üzr istəmə praktikasından Çeçenistanın özündə də fəal şəkildə istifadə olunur. Sakinlər səhv etdiklərini etiraf etdikləri və bağışlanmalarını istədikləri videomesajlar çəkirlər.

Çeçenistan rəhbərini sərt tənqid etməyə imkan verən Rusiyanın digər regionlarının sakinləri də Kadırovdan üzr istəyirlər. Permdən olan 17 yaşlı TikTok istifadəçisi Çeçenistan rəhbərini şeytan adlandırıb. Kadırov şərhçini tapıb “məhv edəcəyini” vəd edib. Bundan sonra yeniyetmə açıq şəkildə üzr istəyib.

Kadırovun özü əhali ilə söhbəti zamanı izah edib ki, ictimai üzr istəmək insanın həqiqəti söyləmədiyini nümayiş etdirməyə imkan verir.

“Region rəhbərliyi qırmızı xətti keçənlərlə işləyir”, – o əlavə edib.

Xuraman Etibarlı

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv