Kadırov təyyarə qəzası ilə bağlı tapşırıq verdi

media-hightechnic-468x90

Çeçenistan hakimiyyəti Qazaxıstanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən və yaralanan respublika sakinlərinin ailələrinə maddi və digər yardımlar göndərəcək.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə respublika hökumətinin sədr müavini Xasən Həkimov açıqlayıb.

“Ramzan Axmatoviç Kadırovun tapşırığına əsasən, təyyarə qəzasında həlak olanların və yaralananların bütün ailələrinə maddi yardım və ehtiyacları olan bütün digər yardımlar göstəriləcək”, – deyə o bildirib.

Həkimov deyib ki, yaxın vaxtlarda Çeçenistandan olan yaralı sərnişinlərin yerləşdiyi tibb müəssisələrinin siyahıları tərtib olunacaq və onlara lazımi köməklik göstəriləcək. Ölən çeçen sakinlərinin cəsədlərinin respublikaya daşınması imkanları da müzakirə olunur. /unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600