!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kafedə kütləvi dava - 3 nəfər bıçaqlandı

!Reklam – Yazi

Göyçayda kafedə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinə noyabrın 5-də saat 2 radələrində Cəyirli kəndi ərazisində yerləşən kafedə 3 nəfərə kəsilmiş-çapılmış xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin vaxt kafedə rayon sakinləri – Elşad Mirzəliyevin, Kürdəmiş kənd sakini Zamiq Həsənovun və əvvəllər məhkum olunmuş Toğrul Bayramovun münaqişə zəminində Kürdşaban kənd sakini Pərvin Hüseynova bıçaqla çoxsaylı xəsarət yetirmələri, həmin vaxt onları aralaşdıran Kürdəmiş kənd sakini Aqil Yusifovun və Kürdşaban kənd sakini Seymur Rəhimovun kəsilmiş-çapılmış xəsarətlər almaları məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən E.Mirzəliyev, T.Bayramov və Z.Həsənov saxlanılıblar.

Xəstəxanaya yerləşdirilən P.Hüseynovun vəziyyəti ağırdır. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv