!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kambocada parlament seçkiləri keçirilir

!Reklam – Yazi

Kamboca Krallığı tarixində 7-ci dəfə Milli Assambleyaya (parlamentin aşağı palatası) seçki keçirilir.

Yenicag.az TASS-a istinadən verdiyi xəbərə görə, parlament seçkiləri nəticəsində ölkəyə qarşıdakı 5 ildə rəhbərlik edəcək hökumət formalaşacaq.

Seçkilərə 18 partiya qatılıb. Bunların arasında hakim Kamboca Xalq Partiyası, Müstəqillik, Neytrallıq, Sülh və Əməkdaşlıq Uğrunda Milli Cəbhə, Demokratik Liqa, Kamboca Gənclər Partiyası və digərləri var.

Əhalisi 17 milyon nəfər olan Kambocada 9,71 milyon seçici var. Bu seçicilər 23,7 min seçki məntəqəsində səs verəcək.

Qeyd edək ki, Milli Məclisin Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramin Məmmədov Kambocada parlament seçkilərini müşahidə edəcək./Apa/

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv