Kamran Əliyev icra hakimiyyətinin şöbə müdirinə vəzifə verdi

Baş prokurorluqda növbəti kadr dəyişikliyi olub.

Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Məmmədov Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mütəxəsis kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, V.Məmmədov bu təyinata qədər Səbail Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri vəzifəsində çalışıb.

COP29