!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kamran Əsədov: “Bu sərəncam müəllimlər arasında rəqabəti artıracaq” - VİDEO

!Reklam – Yazi

“Bu sərəncamın əhəmiyyəti böyükdür, ilk növbədə müəllimlər arasında rəqabət mühitini formalaşdıracaq”.

Təhsil üzrə ekspert Kamran Əsədov bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin dünən imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamı şərh edərkən deyib.

Ekspert sərəncamın hansı müəllimlərə şamil olunacağını da izah edib:

“Bu sərəncam müəllimlərə stimul verəcək. Bəzi müəllimlər əvvəllər şikayət edirdilər ki, gəlirlərimiz azdır. Artıq rəqabət mühitində onların qazancı da yüksələcək. Belə ki, onlar üzərlərində çalışacaqlar ki, yüksək nəticə göstərib, məvaciblərinin artırılmasına nail olsunlar”.

Videonu təqdim edirik.

Cəvahir

Aslı İsmayılzadə

www.yenicag.az

3312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv