!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kanada parlamentinə Xocalı qətliamına dair petisiya təqdim edildi

!Reklam – Yazi

Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) (Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə Kanada parlamentinə Xocalı qətliamına dair petisiya təqdim edilib.

Yenicag.az-ın xəbərinə görə, petisiya Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü cənab Maykl Kuperin dəstəyi ilə rəsmi petisiya olaraq dərc edilib və 1500-də artıq Kanada vətəndaşının imzası ilə parlamentə təqdim edilib.

Ötən gün, petisiyanı parlamentdə təqdim edərkən Maykl Kuper Xocalı qətliamının Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu və münaqişə nəticəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini və 800.000-dən artıq azərbaycanlının öz torpaqlarından qovulduğunu qeyd edib.

Petisiyada, Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının Kanada hökuməti tərəfindən rəsmi olaraq pislənməsi, 26 fevralın Kanadada Anım Günü kimi qeyd edilməsinin elan edilməsi, və gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi məqsədilə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası və eləcə də arasında münasibətlərin normallaşdırılması səylərinə Kanada tərəfindən dəstəyin verilməsi tələb edilir.

Petisiya üçün imzalar toplanmasında Kanadada yaşayan azərbaycanlılar aktiv iştirak ediblər.

Qeyd edək ki, KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasdadır və intensiv görüşlər keçirməkdədir. KAŞ qarşıdan gələn müddət ərzində də bu işləri davam etdirmək və Azərbaycan icmasının fikirlərini Kanada siyasətçiləri və hökumət orqanlarına çatdırmaq niyyətindədir.

COP29

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv