Kanadalı model İŞİD-ə savaş açdı-FOTO
Kanadalı Tiger Sun adlı model ölkəsindəki lüks həyat tərzindən imtina edərək İŞİD-ə qarşı savaşa başlayıb.
Yenicag.az xəbər verir ki, bu məqsədlə o, Suriyaya gedərək kürd döyüşçülərin sıralarına qoşulub. İlk əvvəl snayper olaraq xidmətə başlayır. Lakin sonradan səhhətində yaranan problemlərdən dolayı Kanadaya geri dönür.
O, qeydlərində bildirir ki, kürdlərin tibbi bilgiləri yox səviyyəsindədir. Bu səbəbdən də elə dinc şəraitdə onlarla insan ölür.
“Cəbhə xəttində qadın və kişi əsgərlər arasında böyük ehtimalla cinsi münasibətlər mövcuddur. Lakin münasibətlər gizli saxlanılır”-deyə Sun qeydlərində bildirib.
Sun İŞİD döyüşçülərinin amansız davranışını dilə gətirib. Onların insanlara qarşı necə rəhmsiz olduğunu xüsusilə vurğulayıb.