Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Kanalda batan şəxsin meyiti sudan çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Şirvan su kanalının Ağdaş rayonu, Bulaqotağı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

257