Kanallarımızın başlıca problemləri

media-hightechnic-468x90

50546Son vaxtlar ailə münaqişəsi zəminində faciələrin artmasından sonra cəmiyyətdə zorakılıqların qarşısının alınması üçün bir sıra təkliflər gündəmdədir.

Bu təkliflərdən biri də xüsusilə ucqar bölgələrdə maarifləndirmənin gücləndirilməsi üçün sosial çarxların hazırlanmasıdır. Amma nəzərə almaq lazımdır ki, sosial çarxların efirdə yayımını əngəlləyən məqamlar var.

Ailədə baş verən istənilən zorakılıq halları çox vaxt cəmiyyətdə gizlin qalır. Ancaq bunun acı nəticələri, sonradan ictimaiyyətə məlum olur. İnsanları pis əməllərdən çəkindirməyin, ictimaiyyəti maarifləndirməyin ən yaxşı yolu, onların daim istifadə etdiyi vasitələrin bu işə cəlb olunmasıdır. Bu baxımdan televiziyaların rolu danılmazdır.

Uşağın göz yaşlarını silməyən onunla birgə ağlar. Azərbaycanda müxtəlif səpgidə maariflədirici yöndə sosial çarxlara böyük ehtiyac var. Xüsusilə də bu sosial çarxlarda tanınmışların çəkilməsi insanlarda daha inandırıcı effekt yaradır.

Maarifləndirici sosial çarxlara tanınmış simaların çəkilməsi, onları daha təsirli edir. Ailədə qadınlara, uşaqlara, qarşı zorakılıqlara son qoymaq məqsədilə çəkilən bu cür çarxlar, bəzi dövlət qurumları tərəfindən aparılan profilaktik tədbirlərdən daha effektivdir. Amma burada bir nüans var. Azərbaycanda sosial çarxlar qanunvericiliyə əsasən, kanalların yeganə gəlir mənbəyi olan reklam blokunun içində təqdim olunur. Ona görə də efirə gedən belə pulsuz çarxların yayımlanması kanalların maddi marağında deyil.

“Təklif etmişdim ki, Maliyyə Nazirliyi müvafiq qurumlara, məsələn, Təhsil, Səhiyyə nazirlikləri, eləcə də ailə və qadın məsələləri ilə məşğul olan komitələrə vəsait ayrılsın. Bunun müqabilində onlar sosial xarakterli roliklər hazırlasınlar ki, bu roliklər özəl telekanalarda nümayiş etdirilsin. Əlbəttdə ki, telekanaların gücü çatmır ki, bu rolikləri hazırlasın. Məsələn, Türkiyə və Rusiyada sosial səpgidə roliklər vaxtaşırı nümayiş etdirilir. Nəticədə bu roliklərin çox böyük müsbət təsiri olur”, deyə millət vəkili Elmira Axundova bildirib.

Ona görə də qanunvericlikdə dəyişiklərin edilməsi vacibdir. Bir çox ölkələrin reklam qanununa əsasən sosial çarxlar reklam blokundan əvvəl yayımlanır və belə çarxlar kanalın imicinə müsbət təsir göstərir.

Reklamçılar İttifaqının vitse-prezidenti Səyalı Səfərova qeyd etdi ki, telekanalın büdcəsində vəsait çatmırsa və verilən reklamlara onun ehtiyacı varsa, telekanal necə öz cibindən verə pul bilər: “Televiziya özü-özünü maliyyələşdirdiyinə görə, onun büdcəsinə pul gəlmədiyinə görə, dövlət tərəfindən verilən hər hansı bir sosial reklam dövlət tərəfindən verilirsə, dövlət tərəfindən maliyyələşməlidir”.

Sosial çarxlar çəkmək baxımından daha təcrübəli olan ölkələr, ən məşhur aktyor, müğənni, idmançı və ya siyasi xadimlərin köməyindən istifadə edir. Onlar isə belə sosial roliklərə təmənnasız çəkilməklə, tamaşaçıların rəğbətini qazanmış olur. Həssas mövzularda çəkilən belə çarxlar, hətta ən zalım insanın hislərinə toxunaraq, onu törədə biləcəyi istənilən qəddar hərəkətdən çəkindirmək məqsədi güdür.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600