Kansleri istefaya “göndərən” teleaparıcı mediaya qəzəblənib

media-hightechnic-468x90

Tanınmış rusiyalı teleaparıcı Avstriyanın ultrasağ nəşrini məhkəməyə verir.

media-banner_tkm

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, teleaparıcı Lera Kudryavtseva onun barəsində “Aktrisa, yoxsa fahişə?” başlıqlı məqalə yayımlayan sağ təmayüllü “Österreich Zeitung” qəzetinə qarşı məhkəmə iddiası qaldıracaq.

Bu barədə özünün “İnstagram” səhifəsində yazan Kudryavtseva qəzəbini gizlətməyib:

“Mən bu gün Avstriya qəzetlərinin manşetlərini “bəzəyirəm”. Sən demə, Avstriya kanslerinin istefaya getməsinin günahkarı mənəm. Elə bilirdim, yalnız bizim ölkədə “sarı mətbuat” ağzına gələni yaza bilər. Sən demə, yox.

“Österreich Zeitung” adlı qəzet belə bir material dərc etməyi özünə rəva görüb. Nə edəsən, bu məsələni beynəlxalq məhkəmədə araşdırmalı olacağıq”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05