!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb?

!Reklam – Yazi

ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova AZAL-təyyarəsinin qəzaya uğraması ilə bağlı maraqlı məqamlara toxunub.

Yenicag.az xəbər verir ki, o, İnstaqram səhifəsində təyyarədən sağ çıxanlardan biri ilə etdiyi telefon danışığını paylaşıb.

Paylaşımda qəza ərəfəsində təyyarədə baş verənlərə, uçuşa icazə verilməməsi məsələlərinə, pilot və bələdçilərin davranışlarının səbəblərinə aydınlıq gətirilib:

“Bakı-Qroznı reysini həyata keçirən təyyarə Aktau limanı ətrafında qəza edəndən sonra sosial mediada bir çox video və səs yazıları yayılıb. İlk olaraq, bildirmək istəyirəm ki, çöldən edilən müdaxilədən sonra təyyarədən SOS siqnalı verilir və bu siqnal yaxınlıqdakı aeroportlara çatdırılır. Hadisə Rusiya ərazisində baş verdiyi üçün siqnal da Rusiya ərazisindəki aeroportlara göndərilir. Maraqlıdır ki, bu siqnal qəbul edilsə də, təyyarənin enişi baş tutmayıb. Bu sualın cavabı hələlik bilinmir və yaxın günlərdə aydınlaşacaq.

İkinci bir məsələ – bələdçinin sərnişinlərə “qabağa gəlin” deyildiyi eşidilir və bu, insanlarda çaşqınlıq yaradıb. Bəziləri düşünür ki, təlimat düzgün verilməyib. Nəzərə alın ki, təyyarə havada bir saat yarım qalıb və bu müddətdə müxtəlif vəziyyətlər yaranıb. Pilotun tapşırığı ilə bələdçinin səsləndirdiyi bu ifadə, böyük ehtimalla, həmin anda həyata keçirməyi planlaşdırdığı konkret plana bağlı olub. Belə başa düşülür ki, pilot onu qəbul edəcək aeraport üçün hazırlaşırmış. Çünki məcburi eniş zamanı ən önəmli addımlardan biri, sərnişinlərin qabaq qapıya gəlmələridir. Təcili eniş zamanı təyyarənin təkərləri açılmaya bilər və ya sürtünmədən partlayış baş verə bilər. Buna görə pilotun tapşırığı ilə bələdçi sərnişinləri qapıya doğru yönləndirib”.

O, təyyarənin havada çox dövrə etməsi məsələsinə toxunaraq, pilotun bu addımla benzini bitirməyi hədəfləmiş ola biləcəyini qeyd edib:

“Vaxtilə AZAL-da stüardessa işləmiş xanım söylədi ki, pilot və bələdçilər ekstremal vəziyyətlər üçün yüksək təlimlidirlər. O qeyd etdi ki, pilotlar ölümə doğru getdiklərini anladıqda bunu ilk olaraq bələdçiyə bildirirlər. Hökumə xanım, bu dəhşətli anı bilə-bilə sərnişinlərə sakit qalmağı və hər şeyin yaxşı olacağını deyir. Bu, insanlığın, peşəkarlığın və mənəvi gücün ən böyük nümunəsidir. Belə hadisələr zamanı bilmədiyimiz çox məqamlar olur. Ona görə də heç kimi mühakimə etməməli, daha çox həqiqəti anlamağa çalışmalıyıq”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Son məlumata görə, qəzada 38 nəfər ölüb, o cümlədən hər iki pilot həlak olub, 29 nəfər sağ qalıb./axar.az

www.yenicag.az

105
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv