!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin rejimi niyə UZADILIR? “Çünki əhalinin bir hissəsi...” - İNFEKSİONİST

!Reklam – Yazi

“Azərbaycanda hazırda karantin rejiminin uzadılmasının epidemiya və pandemiya baxımından heç bir tibbi əsası yoxdur. Çünki artıq əhalinin bir hissəsi koronavirusa yoluxub və sağalıb”.

Bunu dünya miqyasında COVİD-19-un pandemiya statusunu itirməsinə baxmayaraq Azərbaycanda xüsusi karantin rejiminin uzadılmasının səbəblərindən danışan infeksionist Aydın Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, dünyada Azərbaycandan başqa COVİD-19 pandemiyasına görə xüsusi karantin rejimi tətbiq edilən ölkənin qalıb-qalmaması haqda məlumatım yoxdur:

“Fikrimcə, artıq belə bir ölkə yoxdur. Varsa belə, barmaq sayını keçməz. Azərbaycanda hazırda karantin rejiminin uzadılmasının epidemiya və pandemiya baxımından heç bir tibbi əsası yoxdur. Çünki artıq əhalinin bir hissəsi koronavirusa yoluxub və sağalıb. Beləliklə, həmin şəxslər təbii immunitet əldə edib.

İkinci, əhalinin digər kəsimi peyvənd edilərək immunitet əldə edib. Yəni azərbaycanlıların bir çoxunda artıq kollektiv immunitet var.

Üçüncü isə, virus dəfələrlə mutasiyaya uğrayaraq öldürücülük qabiliyyətini itirib. Yəni COVİD-19-un ağır xəstəlik törətmə qabiliyyəti artıq demək olar ki, minimum, hətta sıfıra yaxın səviyyədədir. Bu baxımdan koronavirusun artıq ölkəmiz üçün heç bir təhlükəsi yoxdur. Xüsusi karantin rejiminin uzadılması, peyvənd pasportunun tələbi bu səbəblər nəzərə alınaraq lazımsızdır. Bir sözlə, karantin rejiminin uzadılmasında tibbi səbəblər yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv