!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin rejimi uzadılsın, ya ləğv edilsin? – Siyasətçilərdən ƏKS MÖVQELƏR

!Reklam – Yazi

Sərdar Cəlaloğlu: “Karantin rejimi götürülməsə, iqtisadiyyatda, xüsusilə də, kənd təsərrüfatında çox ciddi problemlər yaranacaq”.

Tural Abbaslı: “Hökumət karantin müddətinin ləğvi ilə əlaqədar ictimai fikri yox, məhz mütəxəssislərin rəylərini nəzərə almalıdır”.

Azərbacyanda son həftələrdə koronavirusa yoluxanların sayında müşahidə olunan əhəmiyyətli artım ölkədə tətbiq edilmiş karantin rejimi müddətinin uzadılacağı haqda ehtimalları xeyli gücləndirib. Bununla yanaşı, baş verən mövsümi dəyişiklikliklərin koronavirus infeksiyasının yayılmasının qarşısını alacağını əsas götürərək, karantin müddətinin ləğv olunmasına çağırış edənlər də var.

Bu aktual məsələ barəsində Yenicag.az-ın suallarını cavablandıran Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu karantin rejiminin ləğv edilməsi və ya heş olmasa, yumşaldılmasının vacibliyini deyib.

Sərdar Cəlaloğlu bildirib ki, karantin rejiminin müddəti uzadılarsa, ölkə iqtisadiyyatı və vətəndaşlar üçün ciddi problemlər yaranacaq:

“Düşünürəm ki, yoluxanların sayının artmasına baxmayaraq, karantin müddətinin uzadılmasına ehtiyac yoxdur. Çünki metereolji faktorlar xəstəliyin yayılmasının qarşısını alacaq.

Karantin rejiminin uzun müddət qüvvədə qalmasının iki çox ciddi fəsadı olacaq. Birincisi, ölkə iqtisadiyyatı demək olar, tam çökəcək. İkincisi isə həftələrlə, aylarla karantin rejimində qalan vətəndaşlarda koronavirusun zərərindən daha ağır problemlər yaranacaq.

Ailələrdə artıq müəyyən problemlər yaranmağa başlayıb. Bunu uzun müddət belə saxlamaq mümkün deyil. Mənə elə gəlir ki, hökumət tezliklə karantin müddətini bitirməlidir.

Hökumət karantin rejimini ləğv etməklə yanaşı, yeni davranış üsulları haqqında da düşünməlidir. Karantin rejimi ləğv olunmalı, ancaq sərbəst, maskasız, sosial məsafəsiz hərəkətlərin qarşısı alınmalıdır. Yəni ölkədə karantin və sərbəst rejim arasında nisbətən yumşaq bir rejimə keçilməlidir.

Kənd təsərrüfatı işlərinin aktivləşdiyi dövr başlayır. İndiki vaxtda insanlar evdə qalacaqlarsa, bütün il boyu bunun əziyyətini çəkəcəyik. Ona görə də, hökumət təcili olaraq, karantin rejimini yumşaltmalıdır. Eyni zamanda, epidemiyanın geniş yayılmasının qarşısını almağa yönələn tədbirlər də görülməliduir”.

ADP sədri koronavirus pandemiyası şəraitində İsveçin tətbiq etdiyi modelin Azərbaycan üçün də münasib olduğunu bildirib:

“Əgər azərbaycanlılar da isveçlilər kimi intizamlı davransaydılar, İsveç modelini Azərbaycanda tətbiq etmək olardı. Bildiyiniz kimi, koronavirusun fəsadlarına baxmayaraq, İsveç karantin rejimi tətbiq etmədi. Orada insanlar bir-birilərini qorumaq üçün özlərindən asılı olan hər şeyi etdilər. Nəticədə Avropada karantin rejimi tətbiq edən ölkələrlə müqayisədə İsveçdə yoluxma və ölüm sayı xeyli az oldu.

Bu baxımdan, havaların isinməsi və dediyim şərtlər nəzərə alınmaqla, Azərbaycan Avropa ölkələrindən daha əvvəl karantin rejimini ləğv etməlidir. Əks halda, iqtisadiyyatda, xüsusilə də, kənd təsərrüfatında çox ciddi problemlər yaranacaq. Hətta Azərbaycan ərzaq qıtlığı ilə üz-üzə də qala bilər”.

AĞ Partiyanın rəhbəri Tural Abbaslı məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında karantin rejimi müddətinin uzadılıb-uzadılmamasında mütəxəssislərin rəyinə istinad etməyin doğru olduğunu bildirib.

Tura Abbaslının fikrincə, bu məsələdə istisnasız olaraq, ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi əsas götürülməlidir:

“Düşünürəm ki, bununla bağlı sahə mütəxəssislərinin, tibb işçilərinin, virusoloqların fikirlərinə əsaslanmaq lazımdır. Hökumət də karantin müddətinin ləğvi ilə əlaqədar ictimai fikri, siyasətçlərin mövqeyini yox, məhz mütəxəssislərin rəylərini nəzərə almalıdır.

Məncə, son günlər koronavirusa yoluxanların sayının artması karantin dönəmindən öncə baş verən və gizli formada inkişaf edən yoluxmaların nəticəsidir. Sərtləşdirilmiş karantin rejiminin koronavirusla mübarizədə nə dərəcədə effektli olduğunu təxminən aprelin 20-dən sonra görəcəyik. İndidən nəsə demək tezdir, nəticələrə görə də, qərar verilməlidir”.

AĞ Partiya sədri bildirib ki, karantin müddətinin ləğvindən və ya uzadılmasından asılı olmayaraq, hər kəs veriləcək qərara əməl etməlidir:

“Bu, sağlamlıq məsələsidir. İqtisadi, siyasi məsələlər sağlamlıq məsələlərindən öndə gəlməməlidir, gələ də bilməz. O baxımdan, yenə də qeyd edirəm, səbrli olub karantin rejiminin sonunu gözləmək lazımdır. Sonda ekspertlər nəticələri dəyərləndirməli və hökumət ona uyğun addımlar atmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

2273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv