Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Karantin rejimini pozan çayxana aşkarlandı

Goranboy rayonunda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi İlkay Abdullayev və beş nəfər müştəri saxlanılaraq RPŞ-yə gətirilib və onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Loading...

www.yenicag.az

150
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100