Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Karantini pozan sürücülər cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejiminin pozulması halları ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Yenicag.az-a verilən məlumata görə, 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 909 nəfər karantin rejimini pozduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13 227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

www.yenicag.az

406