!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kardosa “Neftçi”yə gəlir?

!Reklam – Yazi

Paraqvay millisinin sabiq üzvü Ramon Kardoso karyerasını ölkəmizdə davam etdirə bilər. Mətbuatda yayılan xəbərə görə, hücumçu axtarışında olan “Neftçi” hazırda öz ölkəsinin “Deportivo Kapiata” klubunda forma geyinən 30 yaşlı forvarda təklif də göndərib. Amma forvarda Avropa klublarının bir neçəsindən təklif var. Buna görə də onun “Neftçi”yə keçib-keçməyəcəyi dəqiq bilinmir.

Məsələ ilə bağlı Yeniçağ.az-ın paytaxt klubundan əldə etdiyi məlumata görə həmin hücumçunu “Neftçi” artıq baxış üçün düşərgəsinə də dəvət edib. Qış fasiləsində 10 nəfərlə yollarını ayırıb, əvəzində 7 transfer həyata keçirən bakılılarda baş məşqçi Elxan Abdullayev rəhbərlikdən daha bir ön xətt oyunçusu istəyib. Buna görə də adıçəkilən futbolçu bu gün klubun Türkiyədəki düşərgəsinə qoşulub. Hücum xəttində çıxış edən paraqvaylı futbolçu “Neftçi”də bir müddət baxışdan keçəcək. Əgər paraqvaylı futboçu məşqçilər heyətinin diqqətini çəkərsə əsas heyətdə öz yerini alacaq.

Qeyd edək ki, 31 yaşlı forvard “Neftçi”yə yerli “Deportivo Kapiata” klubundan gəlib. 2011-ci ildə Paraqvay millisinə dəvət almış və Argentina ilə yoxlama görüşündə iştirak etmiş Kardoso karyerası ərzində Avropada legioner həyatı yaşayıb. Həmçinin Kardoso vaxtı ilə Portuqaliyanın “Panafiel”, “Nasional”, “Vitoriya Setubal” və “Moreirenşe” klublarında forma geyinib. O, ötən il “Moreirenşe”dən “Deportivo Kapiata”ya keçib.

 

Yenicag.az

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv