!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kaxovkadakı FƏLAKƏT: Elm adamı vəba barədə xəbərdarlıq etdi

!Reklam – Yazi

Artıq bir neçə gündür bütün dünya Ukraynanın Xerson vilayətində irimiqyaslı daşqınlara səbəb olan Kaxovkaya Su Elektrik Stansiyasının dağıdılmasının nəticələrini müşahidə edir. Dağıntının səbəb olduğu fəlakət yalnız su basmış ərazilərdə deyil, Qara dənizdə də özünü biruzə verəcək. Odessa isə təhlükə altında qalacaq.

Yenicag.az xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov baş vermiş hadisədən sonra nələrin gözləndiyi və təbiətin özünü bərpa edib-etməyəcəyi barədə açıqlama verib.

O, akvatoriyanı təhdid edən təhlükə barədə danışarkən bildirib ki, Xerson vilayətinin su altında qalması ilə qu quşları küçələrdə üzür, insanlar isə su basmış evlərin damına çıxır:

“Bu, su dünyası və ekoloji fəlakət haqqında Amerikanın fantastik filmi deyil. Rusiya və Ukraynanın üzləşdiyi reallıqdır. Şəhərlər və qəsəbələr su altında qalıb, zibil, kimyəvi və bioloji tullantılar Qara dəniz istiqamətində hərəkət edir.

Çay yuyub apardığını aparır. Torpağın üst təbəqəsi münbit gübrələrdən ibarətdir. Yuyulub dənizə gedən torpaq dənizdə qida maddələrinin pozulmasına, azot və fosforun tərkibinin artmasına səbəb olacaq. Bu isə özündə yosunların sürətli və həddən artıq böyüməsini ehtiva edir. Yosunların həddən artıq böyüməsi onlarla qidalanan zooplanktonların sayını artıracaq. Aktiv şəkildə çoxalan yosunlar suyun şəffaflığını kəskin dərəcədə azaldacaq. Günəş işığı düşməyən və dərinlikdə yaşayan canlılar bu səbəbdən məhv olacaq.

Daşqınlardan sonra epidemiyalar təmiz su qıtlığı səbəbindən kəskin şəkildə artır. Bütün yeraltı sular çirklənir. Yalnız təmizlənmiş su içmək lazımdır ki, buna da bir çoxu əməl etmir. E.coli adlanan vəba embrionu suda daha yaxşı inkişaf etdiyi üçün ilk olaraq vəbanın yayılacağı ehtimal olunur. Yay fəsli gəlir və bakteriyaların kəskin şəkildə çoxalması üçün əlverişli şərait yaranır. 24-25 dərəcə su temperaturunda patogen bakteriyalar çoxalacaq. Bu isə böyük təhlükədən xəbər verir”.

COP29

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv