İlk Elçibəyi satdı… - Əli Kərimlinin XƏYANƏT TARİXÇƏSİ

media-hightechnic-468x90

 

AXCP sədri Əli Kərimlinin həbsi sadəcə bir siyasi proses deyil, illərlə qorunan bir saxta mifin çöküşüdür. İllər boyu “xalq lideri”, “mübariz müxalifətçi”, “Elçibəy məktəbinin davamçısı” kimi təqdim olunan bu adamın “maska”sı indi tamamilə cırılıb. Ortada qalan mənzərə çox aydındır: Əli Kərimli əvvəl Elçibəyə, sonra da bu xalqa xəyanət edib.

Əbülfəz Elçibəy bu ölkənin yaddaşında təmiz ad, vicdan və əqidə simvolu kimi qaldı. Onun adı ilə siyasətə girənlərin borcu bir idi: o yola sadiq qalmaq. Amma Əli Kərimli bu etimadı ilk fürsətdə satdı.

media-img_3467Elçibəy ən çətin dönəmlərini yaşayanda Əli Kərimli onu qorumaq, yanında durmaq, yükünü azaltmaq əvəzinə, arxadan öz oyunlarını qurdu. Elçibəyin cənazəsi Azərbaycan səmasındaykən belə Əli Kərimli Hadı Rəcəbliylə ortaq qəzeti olan “Məkan” qəzetinə Bəy haqqında çirkin yazı yazdırırdı.

Açıqcası “Elçibəy yolu” deyib, pərdəarxasında bu yolun bütün mənəvi sütunlarını sındırdı. Elçibəyin imzasını, tərəfdarlarının inamını, o hərəkatın içində formalaşmış enerjini şəxsi ambisiyalarına çevirdi. Bu artıq siyasi səhv deyil, açıq xəyanətdir.

Bu gün üzə çıxan faktlar – Ramiz Mehdiyevlə illərlə gizli əlaqələr, hakimiyyət daxilindəki klanlarla sövdələşmələr, Qərbdə, Rusiyada və başqa mərkəzlərdə ölkə əleyhinə qurulan oyunlarda alət rolu – bunlar hamısı bir zəncirin halqalarıdır. Bu zəncirin başlanğıcı məhz Elçibəyə edilən xəyanətdən keçir. Kim liderinə sadiq qalmayıbsa, xalqa da heç vaxt sadiq olmayacaq.

İllərdir sosial şəbəkələrdə şişirdilən “populyarlıq”, süni yaradılmış “lider obrazı” indi çox miskin görünür. Onun həbsinə etiraz sosial şəbəkələrdəki bir neçə adamının yaratdığı saxta profillərdən o tərəfə keçmədi. Çünki arxasında dayanan “ordu” illərlə trol hesablarından, saxta profillərdən, pulla idarə olunan kampaniyalardan ibarət idi. Real xalq dəstəyi olmayanda, belə də olur: bir gün gedirsən və cəmiyyət sənin yoxluğunu hiss eləmir.

Bu gün baş verənlər, onun həbs olunması sadəcə hüquqi epizod deyil, mənəvi hökmün elanıdır: Elçibəyin adını özünə “maska” edən bir adamın necə ifşa olunduğunun son mərhələsidir. Əli Kərimli bu ölkənin siyasi tarixində mübarizə simvolu kimi yox, xəyanətin, ikiüzlülüyün, alverçi siyasətin siması kimi qalacaq.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa