MİDA skandalı BÖYÜYÜR: Agentlik texnologiya mütəxəssislərini "satın alıb" susdurdu?

media-hightechnic-468x90

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaşayış mənzillərinin onlayn yolla satışı zamanı müəyyən qanunsuz hərəkətlər aşkar edildi.

Yenicag.az xəbər verir ki, bu işdə əli olan 12 nəfər saxlanılıb. Maraqlıdır ki, MİDA-da baş verənlər haqqında uzun-uzadı açıqlama, şərh verən texnologiya mütəxəssisləri bu gün susqunluqlarını qorudular.

Yenicag.az olaraq gün ərzində əlaqə saxlayıb şərh almaq istədiyimiz 4 fərqli texnologiya mütəxəssisi bu mövzuda açıqlama verməkdən imtina etdi. Mövzuya hansı tərəfdən baxsaq da, MİDA-nın veriləcək şərhlərdə tənqid edilməli olduğunu nəzərə alsaq, ölkədə fəaliyyət göstərən texnologiya mütəxəssislərinin bu barədə danışmaq istəməməsi haqlı suallar doğurur. Mənzil İnşaatı Dövlət Agentliyi mütəxəssisləri necə, hansı üsulla susdurması media və cəmiyyət üçün də olduqca maraqlıdır.

Son olaraq, ən vacib sual ondan ibarətdir ki, həqiqətən də ortada maddi maraq varsa, mütəxəssislərin MİDA ilə qanuni və ya qeyri-qanuni maddi əməkdaşlıq etməsinin özü nə dərəcədə qanunidir? Suallar çoxdur, cavablar isə MİDA-dadır…

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa