!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçən il Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 1140 terrorçu zərərsizləşdirilib

!Reklam – Yazi

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 2021-ci ildə keçirilən əməliyyatlar nəticəsində 1140 terrorçu zərərsizləşdirilib. Onlardan 84-nün terror təşkilatlarının rəhbərləridir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.
Ötən ilin təbii fəlakətlər və pandemiya ilə yadda qaldığını xatırladan nazir müavini bu təbiət hadisələri zamanı xeyli bölgənin, eləcə də meşəlik ərazilərin zərər gördüyünü deyib.

İ.Çataklı bildirib ki, 2021-ci ildə dağlıq ərazilərdə, kənd və şəhərlərdə terror təşkilatlarına qarşı ümumilikdə 143 min 321 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı 1140 terrorçu zərərsizləşdirilib. Onların əksəriyyəti axtarışda olan terrorçulardır.
Qeyd edilib ki, il ərzində ölkədə narkotik vasitələrin satışında şübhəli bilinən 293 min 905 nəfər saxlanılıb. Bu müddətdə 162 min 996 qeyri-qanuni miqrant saxlanılıb. Onlara kömək göstərməkdə təqsirləndirilən 7918 nəfər həbs edilib.

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv