!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş FSB agenti Fuad Abbasov haqqında: "Ona bircə MOSSAD və CİA agenti demirdilər, əslində isə o..." - VİDEO

!Reklam – Yazi

Rusiyalı hüquq müdafiəçisi Vladimir Oseçkinin rəsmi “Youtube” kanalı olan “Qulaqu-net”, keçmiş FSB agenti Pavel Belomestnıx ilə “FSB diasporları necə parçalayır və rüşvət alır, günahsızları həbs edir və arzuolunmazları deportasiya edir” başlıqlı müsahibə dərc edib.

Keçmiş FSB agenti Pavel Belomestnı, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Konstitusiya Quruluşunun Mühafizəsi və Terrorizmlə Mübarizə bölməsinin (qısaca FSB) yüksək rütbəli əməkdaşlarının Moskvada xarici diasporları necə ələ keçirməsindən, onların 7 sıfırlı rəqəmlərlə rüşvət tələb etməsindən, FSB əməkdaşlarının məhkəmə hakimlərinin kabinetlərinə necə girib “lazımi” qərarlar yazmasından danışıb. Pаvel Belomestnıx xarici diaspora rəhbərlənrinin FSB-nin nəzarəti altında işləməsindən, azərbaycanlı və türkiyəli jurnalist Fuad Abbasovun simasında FSB-yə işləməkdən boyun qaçıran şəxslərin isə “arzuolunmaz” elan edilərək Rusiyadan necə qovulduğunu və “oğurlanmış” avtomobillərin Azərbaycandan keçirilərək İrana maneəsiz çıxışı ilə cinayət sxemləri təşkil edildiyindən danışıb.

Keçmiş FSB agenti Pavel Belomestnıx bunları deyib: “Bir jurnalist vardı, Qarabağın ən böyük probleminin ora Rusiyanın qarışması olduğunu deyirdi. O deyirdi ki, nə vaxt ki Rusiya Qarabağdan çıxacaq, orada sülhə nail olmaq mümkün olacaq. Çünki Abxaziya, Dağlıq Qarabağ, Prednestrovye, LDNR kimi proksi-ölkələr yaradaraq hər iki tərəfə təyziq göstərmək Rusiyanın maraqları daxilindədir.

Qarabağ Azərbaycanın ərazisidir və hər kəs bunu qəbul edir. Amma orada böyük erməni icması var və bu Ermənistan üçün də ağrılı yerdir. Beləcə Rusiya həm Ermənistan, həm də Azərbaycana təyziq göstərmək üçün bu mövzunu aktual saxlayır. Bu adamın jurnalist olduğunu sonradan öyrəndim. Daha əvvəllər FSB əməkdaşları onun gah Türkiyə, gah Azərbaycan, gah da Avropa agenti olduğunu deyirdilər. Heç omasa Mossad və CİA agenti olduğunun deyilməməsi onu qorumuş oldu. Mən, FSB əməkdaşı ilə birlikdə Moskva Əyalət Məhkəməsindəki jurnalistin apelyasiyasına baxıldğı zaman iclasda iştirak etmişdim. FSB əməkdaşı heç bir şeyi gizlətmədən məhkəməyə gerçək vəsiqə ilə gəlmişdi və eləcə də qeydiyyatdan keçmişdi. Mən isə ümumvətəndaş pasportum ilə geydiyyatdan keçmişdim. Bütün bunlar məhkəmə qeydlərində mövcuddur. İclasdan əvvəl FSB əməkdaşı məhkəmə katibinin otağına girdi, çıxdıqdan sonra orada jurnalistlərin və vəkillərin toplandığını gördük. Məhkəmə iclası çox qısa oldu və cənab Abbasov Rusiyanın dövlət düşməni elan edildi və təcili deport edilməsi istəndi. Məhkəmədən çıxdıqdan sonra FSB əməkdaşı öz rəhbərliyinə zəng edərək Zaqafkaziya xalqları haqqında təhqiramiz sözlər işlədərək, bu jurnalistin deport edilməsi barədə “qəhrəmanlığından” danışarak, sevinə biləcəyini dedi.

Aparıcı Vladimir Oseçkinin dəqiqləşdirici suallar verərək, “Deməli, FSB əməliyyatçısı Viktor Çernişov məhkəmədə hakimin və katibin otağına gedərək, jurnalist Abbasovun Rusiyadan deport edilmə qərarı alınmasında iştirak etmişdir?” sualına cavab olaraq keçmiş FSB agenti Pavel Belomestnıx: “Bəli onun adı Fuad Abbasovdur, indi Bakıda yaşayır, Rusiya Azərbaycanlıları icmasına aid “MİSRA”adlı kanalını idarə edir. Əgər bizi azərbaycanlılar izləyirsə, onda Fuad Abbasova mənimlə əlaqə qurmasını istəyə bilərlər, onun haqqında bildiklərimi danışaram. Çünki mənim fikirimcə əgər bir insan agentdirsə, bunu sübut eləmək lazımdır. Əgər o öz fikrini söyləyirsə, hər gün diz üstündə dəyişdirilən konstitusiyamızda hələ də düşüncə azadlığının mövcud olduğunu fikirləşirəm və buna görə insanı cəzalandırmaq olmaz”, – deyə cavablandırıb.

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv