!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş icra başçısının oğlundan ilginc qərar: Əvəzedici müəllimlər dərs deyə bilməz - ŞİKAYƏT

!Reklam – Yazi

Ağcabədi Regional Mədəniyyət İdarəsi əvəzedici müəllimləri işdən azad edib.

Bu barədə Yenicag.az-a Ağdam rayon Yusifcanlı kənd Mədəniyyət Evinin bədii rəhbəri Rahim Quliyev məlumat verib.

Quliyev Rahim Balaca oğlu Ağdam rayonunun Alıbəyli-2 qəsəbəsində 68 nömrəli evdə məskunlaşıb.

Onun sözlərinə görə, Ağcabədi Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin ediləndən sonra əvəzedici müəllimləri işdən azad edib:

“Özüm Ağdam rayon Yusifcanlı kəndinin Mədəniyyət Evində bədii rəhbər işləyirəm. İkinci iş yerim isə Ağcəbədi Regional Mədəniyyət İdarəsi idi, Ağcabədi rayon Sarıcalı kəndi Habil Bağışov adına musiqi məktəbində müəllim işləyirdim. Orada cəmi 9 saat dərsim var idi. Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbəri dəyişəndən sonra məni işdən azad etdilər. Yeni müdir Ağcabədi rayon keçmiş icra başçısı Şamil Həsənovun oğlu Qalib Həsənov təyin edilib. Qalib Həsənov belə bir əmr imzalayıb ki, əvəzedici müəllimlər dərs deyə bilməz. Bunu da mədəniyyət nazirinin qərarı kimi təqdim edirlər. Məsələ ilə bağlı nazirliyə şikayət etsəm də, heç bir cavab verilməyib”.

Rahim Quliyev bildirib ki, Ağcabədi Regional Mədəniyyət İdarəsinin yeni rəhbəri şəhid ailələrinə belə hörmət etmir:

“Əvvəla, onu bildirim ki, qanunvericiliyə görə müəllim işləməyə bilərəm. Buna tam haqqım çatır. Yeganə müəllimlikdir ki, ikinci iş kimi işləməyə qanularımız buna icazə verir. Bundan əlavə, həyat yoldaşım şəhid qızıdır, bacımın həyat yoldaşı şəhid olub, bacım uşaqları isə 44 günlük müharibədə qazi və əlil olub. Qardaşlarım da veterandır. İndi iki oğlan uşağı böyüdürəm, sabah onlar da vətənə xidmətə yollanacaq. Bunları yeni müdirə desəm də, məni ciddiyə almadı. Bəlkə 9 saatın maaşı az görünə bilər, ancaq, həqiqətən, ona ehtiyacım var. Başqa gəlir yerimiz yoxdur”.

Rahim Quliyev ölkə rəhbərliyinə müraciət edərək onun yenidən işinə bərpa edilməsini xahiş edib.

Səxavət Məmməd

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv