Keçmiş məhkum daşla vurularaq öldürüldü

media-hightechnic-468x90

Şamaxı rayon Polis Şöbəsinə mayın 14-ü saat 01 radələrində şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.

media-banner_tkm

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Ş.Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05