Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

media-hightechnic-468x90

Kəmaləddin_HeydərovAzərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 may 2015-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Mədəniyyət Sarayında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Mədəniyyət Sarayında (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 92) 27 may 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600