Kəmaləddin Heydərovdan ciddi tapşırıq-Video

media-hightechnic-468x90

5600611 iyun 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə aidiyyəti üzrə hazırlıq işləri ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə müşavirə keçirilib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, müşavirədə Birinci Avropa Oyunları ilə əlaqədar nazirlikdə yaradılmış Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin Birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlər barədə geniş məruzəsi dinlənilib.

Sonra nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları, Aviasiya dəstəsi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rabitə idarəsinin rəhbərləri görülən işlər haqqında məruzələr etmişlər.

Nazir Kəmaləddin Heydərov Birinci Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını vermişdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600