Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar... - Deputat açıqladı

“Keçən il Hesablama Palatası subsidiyalarla bağlı sənəd hazırlayıb. Builki hesabatda da bu məsələyə çox geniş yer verilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində 79 nöqsan aşkarlayıb:

Həmin nöqsanların 18-i subsidiya, 7-si mineral gübrələrlə bağlıdır. Bütövlükdə fəaliyyətimizdə nəticəni yaradan səbəbə qarşı mübarizəni gücləndirməliyik. Aqrar sahədə torpaq münasibətləri sahmana salınmadıqca bu nöqsanlar qalmağa davam edəcək. Kənd təsərrüfatında çalışanların xeyli hissəsinin torpaq mülkiyyəti ilə bağlı problemi var. Buna görə də onlar subsidiya ala bilmirlər. Mülkiyyət münasibətlərini sahmana salmaq lazımdır. Subsidiya ilə bağlı problem də bundan sonra həllini tapa bilər. Çağırış edirəm ki, bu problemi Milli Məclis və Hesablama Palatası birlikdə aradan qaldırsın”/APA.

Loading...

www.yenicag.az

119
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100