!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənddən soraqlar: Fəaliyyətsizliyin Vətən müharibəsi adı - II HİSSƏ – Aqil Bəkir yazır

!Reklam – Yazi

Yazının əvvəli burada

Bu yazı bir il gecikib.

Ötən ilin avqust ayında – karantinin gəlhagəl vaxtında Qəbələdə idim və bir aydan çox doğma Zarağan kəndimdə qalmışdım. Yaddaşımda canlanan uşaqlıq xatirələri məni “Kənddən soraqlar” adlı bir neçə hissəli yazı yazmağı düşünməyə vadar etmişdi. Lakin bilmirəm, niyə, ancaq o yazının birinci hissəsi ərsəyə gəlsə də, ikincisini, düzünü desəm, unutdum. Bunun günahını da yükləyirəm koronavirusun belinə.

Son iki günü yenə Qəbələdə keçirdim. Hava çox soyuq olsa da, insanları isti rayonum məni yaxşı qarşıladı. Lakin havanın soyuqluğu insanlara çökmüş, onlarda bir əhvalsızlıq yaratmışdı. Adətim üzrə insanlarla söhbətə girişərək nələrin dəyişdiyini, kənddə-kəsəkdə hansı hadisələrin baş verdiyini soraqladım ki, görüm burada günlər necə keçir.

Eşitdiyim, söhbətlərdən dinlədiyim və anladığım isə ondan ibarət oldu ki, digər bölgələrdə dövlət qurumlarının “fəaliyyətsizlik bəhanələri” buradan da yan keçməyib.

Söhbətləşdiyim insanların sözlərinə görə, mövcud problemlərlə bağlı iyerarxik bölgü gözlənilərək müraciət etdikləri qurumların cavabı, “Qarabağı dirçəldirik, sənsə nədən şikayət edirsən”, – formasında olur. Açığı, təəccüblənmədim. Nə də olsa, ölkəmin gözəl məmurlarının “vəzifə səlahiyyətləri” eynidir axı.

Ancaq kiminsə vəzifəsini yerinə yetirməməsi sadə vətəndaşın başında çatlamamalıdır. Ən azından, vəzifələrini icra etməkdən boyun qaçıran şəxslər vicdan deyilən məfhuma sığınaraq Vətən müharibəsindən istifadə etməyələr… Bizim igidlərimiz torpaqları geri qaytararaq aşağı olan başımızı ucaltdılar. Əsgərlərimiz ona görə şəhid olmadılar ki, hansısa məmur mübarək adlarından istifadə edib, bəhanə yaratsın.

Bütün şikayətləri Vətən müharibəsinin arxasına sığınaraq dəf edən məmurlar, görəsən, bu zaman şərəf, vicdan anlayışlarını kabinetin hansı küncündə gizlədirlər? Maraqlıdır.

Göründüyü kimi, vəzifəlilər xalqın yumşaq damarını tuta biliblər. Fəqət unutmaq lazım deyil ki, millət nümyəndələri şəhid adından sui-istifadə edən şəxslərə hər zaman dözümlülük göstərməyəcəklər.

Qəbələdə keçirdiyim iki gün ərzində sağlamlıq problemi ilə bağlı Qəbələ Rayon Mərkəzi Xəstəxanasında oldum. Burada insanların Vətən müharibəsinə, qəhrəmanlarımıza yanaşma tərzlərini də aydın müşahidə etdim. Əlil arabasında olan yaşlı qadının belə növbəsini qazimizə verdiyi an başa düşdüm ki, içimizdəki o milli qeyrət və birlik daha ölən deyil. Qələbəmizdən istifadə edib vəzifəsini yerinə yetirməyənlər də bir gün mütləqdir ki, xalqın milli qeyrətinin qarşısında acizləşəcəklər.

Hələlik bu qədər. Yazılası çox şey var, ancaq bu dəfə bununla yetinək.

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv