Kəndə hücum edib 20 nəfəri öldürdülər
“Boko Haram” qruplaşması Nigeriyanın şimal-şərqindəki iki kəndə basqın edərək azı 20 nəfəri öldürüblər.
Yenicag.az “Reuters”a istinadən xəbərinə görə, bu barədə çərşənbə günü yerli rəsmi məlumat verib.
Hücumlardan birinin baş verdiyi Askira-Uba rayonunun sədri Mada Saidunun sözlərinə görə, silahlılar çərşənbə axşamı günorta saatlarında yerli özünümüdafiə dəstələrini dəf etdikdən sonra müvafiq olaraq Borno və qonşu Adamava ştatlarındakı Pubaqu və Mayo-Ladde kəndlərində reyd keçiriblər.
Pubaquda ən azı 11, Mayo-Laddedə isə 9 nəfər öldürülüb. Saidu bildirib ki, evlər və mağazalar yandırılıb, ərzaq ehtiyatları isə qarət edilib.













