Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Kərkükdə vəziyyət yaxşı deyil, İraqda isə qeyri-müəyyənlikdir” – Ərşad Salihi

“Hal-hazırda Kərkükdə sabitlikdir, ancaq bunun nə vaxta qədər davam edəcəyini bilmirik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İraqdakı siyasi vəziyyəti dəyərləndirən və yüz minlərlə soydaşımızın yaşadığı Kərkükdə koronavirusla mübarizə haqqında danışan İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi deyib.

Ərşad Salihinin sözlərinə görə, şiələrin baş nazir postuna irəli sürülmüş namizədi dəstəkləməməsi və İraqdakı Amerika kontingentinin manevrləri ölkədə siyasi qeyri-müəyyənlik yaradıb:

“İraqda yeni baş nazirin seçilməsi məsələsi gündəmdədir. Ancaq ölkə şiələri Adnan əl-Zurufinin baş nazir seçilməsinə qarşı çıxırlar. Kərkükdə hazırda sabitlikdir. Bu sabitliyin nə qədər hökm sürəcəyini isə bilmirik. Xüsusilə də, Amerikalıların Kərkükdəki “Keyvan” hərbi bazasından çıxmalarından sonra hadisələrin necə inkişaf edəcəyini bilmirik”.

Ərşad Salihi bütün dünyada sürətlə yayılan koronavirus pandemiyasının Kərkükdən də yan keçmədiyini bildirib və qeyd edib ki, səhiyyə sistemindəki çatışmazlıqlar bu problemi daha da ağırlaşdırır:

“Koronavirus İraqda da yayılıb. Xüsusilə, səhiyyə sistemindəki çatışmazlıqlar bir çox problemlər yaradır. Vilayətlərdə maska və tibbi ləvazimatların qıtlığı yaşanır. Bu günə qədər Kərkükdə 4 nəfərdə koronavirus akarlanıb, onlardan biri dünyasını dəyişib. Digər üç nəfərin müalicəsi isə davam edir.

İraq Türkmən Cəbhəsi olaraq, millətin yanında olduğumuzu ifadə etmək üçün “böhran masası” yaratmışıq. Bunun sayəsində Türkiyədən bizə 20 minə yaxın tibbi maska göndərildi. Koronavirus həyatı çox çətinləşdirib. Allah Azərbaycan xalqını koronavirusdan qorusun”.

Aqil Bəkir

www.yenicag.az

301
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100