ABŞ-ın dövlət katibi Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasına son qoyacağını bəyan edib.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu o Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, 73 yaşı olan C.Kerri 2013-cü ilin fevralında dövlət katibi vəzifəsinə təyin edilib və yanvarın 20-də Barak Obama administrasiyası ilə birlikdə istefa verəcək.
Kerri 30 il Massaçusets ştatından senator olub. 2004-cü ildə prezident seçkilərində ikinci müddətə seçilən Corc Buşa məğlub olub.
Yeniçağ.Az
www.yenicag.az