Kəşfiyyatçı robot balıq sınaqdan keçirilib

media-hightechnic-468x90

79003ABŞ hərbi dəniz qüvvələrinin mühəndisləri sualtı kəşfiyyat üçün nəzərdə tutulan robot-balığın sınağını keçiriblər. “The Washington Post” qəzeti layihənin dəyərinin 1 milyon dollar olduğunu yazır.

Uzunluğu 1,5 metr, çəkisi isə 45 kiloqram olan qurğu zahirən balığa bənzəyir, onun hərəkətini tam olaraq yamsılayır və səssiz üzə bilir.

Nə pər, nə də reaktiv motorla təchiz edilməyən robot-balıq üzərkən yalnız quyruğunun hərəkətindən istifadə edir. Onu həm məsafədən idarə etmək, həm də avtonom rejimə keçirmək olar.

Qəzet qurğunun artıq gələn ildən etibarən ölkənin hərbi dəniz qüvvələrinin sərəncamına verilə biləcəyini yazır.

(azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600