Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Keşikçi Dağı ilə bağlı məsələ Gürcüstan parlamentində - Vitse-spikerdən AÇIQLAMA

Reklam: High Technic

Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi həll olunmalı və demarkasiya işləri aparılmalıdır.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.

O, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətdə günahlandırılmasını əsassız hesab edir: “Salome Zurabişvili Gürcüstanın dövlət maraqlarına xidmət edir və bu da Azərbaycanın maraqlarına zidd deyil. Gürcüstan və Azərbaycanın maraqları üst-üstə düşür. İki ölkə arasında sərhəd məsələsi həll olunmalıdır”.

Qeyd edək ki, S.Zurabişvili aprelin 20-də Azərbaycanla sərhəddə yerləşən Keşikçi Dağı Məbəd-Kompleksinə baş çəkib. O, sərhədçilərlə görüşdən sonra bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

***

Gürcüstan parlamentinin bugünkü iclasında deputat Savalan Mirzəyev son günlər Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edib.

Deputat Gürcüstan və Azərbaycan xalqlarının əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadığını bildirib.

Onun sözlərinə görə, iki xalq arasında mehriban qonşuluq münasibətləri bundan sonra da davam edəcək. S.Mirzəyev məbəd-kompleksi ətrafında yaranmış vəziyyətin birgə səylərlə mütləq həll olunacağını bildirib.

Çıxışının sonunda o, Gürcüstanın hazırkı və keçmiş siyasətçilərini məbəd ətrafında yaranmış vəziyyəti gərginləşdirməməyə çağırıb./Report/

Loading...

www.yenicag.az

1988
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100