Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Keşikçidağ”ın yeri deyil…

Reklam: High Technic

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 24-də Gürcüstana səfər edərək bu ölkənin prezidentindən tutmuş gürcü həmkarına qədər müxtəlif görüşlər keçirib. Xarici işlər nazirləri görüşdən sonra ortaq mətbuat konfransı keçirib.

Mətbuat konfransında iki ölkə arasında əlaqələrin strateji əhəmiyyəti bir daha vurğulanıb. Ceyhun Bayramov “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı və investorlarından biridir” ifadəsini səsləndirməklə Tbilisinin bölgədə əsas tərəfdaşının ünvanını göstərib.

Buna baxmayaraq, gürcü nazir görüşdə yenə “Keşikçidağ” mövzusuna diqqəti yönəldib. Nazirlər qapalı görüşdə bu mövzuda fikir mübadiləsi aparıblar. Ötən il insidentin yaşanmasına baxmayaraq, vəziyyətin müsbətə doğru dəyişildiyi vurğulanıb. Bildirilib ki, dövlət sərhədinin delimitasiyası ilə məşğul olan komissiyanın üzvləri yenilənib. Gürcü nazir bildirib ki, 2006-2007-ci illərdə razılıq əldə edilən bəzi qərarlar dəyişə bilər. Söhbətin hansı qərarlardan getdiyi açıqlanmayıb.

Hiss olunur ki, Tbilisi bu məsələnin qısa müddətdə həllini istəyir. Gürcü nazirin “dövlət sərhədlərinin delimitasiya prosesi pandemiya ilə əlaqədar bir qədər uzandı. Əminəm ki, pandemiya başa çatdıqdan sonra bu situasiyadan çıxacağıq və hər iki ölkə üçün məqbul qərarlar qəbul ediləcək” sözləri də bundan xəbər verir.

Ceyhun Bayramovla görüşən Gürcüstan prezidenti Salome Zurabişvili üçün də “Keşikçidağ” mövzusu vacib olub. “Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir” deyən Salome Zurabişvili əmin olduğunu bildirib ki, “bu prosesə heç kim və heç nə mane ola bilməz”. Sanki Salome Zurabişvili üçün Azərbaycanla münasibətlərdə başqa mövzu yoxdur. Halbuki, strateji tərəfdaş olaraq Gürcüstan prezidentindən Dağlıq Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək ifadəsini eşitmək istəyərdik. Necə ki, həmin dəstəyi Türkiyə, Pakistan və Ukraynanın rəhbərləri ifadə edirlər.

Əslində Gürcüstanla dövlət sərhədinin delimitasiya məsələlərinin üçdə ikisi başa çatdırılıb. Sadəcə, Tiflis yerdə qalanını da qısa müddətdə həll etmək istəyir.

Rəsmi Tbilisi Rusiyanın Gürcüstan üzərindən Ermənistana hərbi yük daşımasına icazə verməyib. Rəsmi Bakı bunu yüksək qiymətləndirib. Ancaq rəsmi Tbilisinin bölgədə indiki ağır vəziyyətdə hələ də “Keşikçidağ” məsələsini gündəmdə saxlaması suallar yaradır. Azərbaycan işğal altındakı torpaqları azad etməyə çalışarkən, rəsmi Tbilsinin bizdən sərhəddə ərazi güzəşti gözləməsi yersizdir. Əlbəttə, iki ölkə arasında sərhəddin delimitasiyasıyla bağlı danışıqlar davam etdirilməlidir. Ancaq Azərbaycan üçün hazırki şərtlər daxilində əsas hədəf torpaqlarını azad etməkdir. Bunu həll etmədən Gürcüstana ərazi güzəşti mümkün deyil.

Gürcüstan Azərbaycana dəstəyini “Keşikçıdağla” əlaqələndirməməlidir. Yəni bir növü demək istəyirlər ki, “Siz Keşikçidağı bizə versəz, Gürcüstan Qarabağ məsələsində Azərbaycana daha böyük dəstək verər”. Bizə şərti dəstək lazım deyil. Ona qalsa Bakı bu illərdə Tbilisiyə o qədər yaxşılıq edib ki. Ceyhun Bayramovun da Tbilisidə qeyd etdiyi kimi bölgədə Gürcüstanın əsas tərəfdaşı və investoru Azərbaycandır. Gürcüstan hakimiyyətində gərək bunu unutmasınlar.

“Atlas” Araşdırmalar Mərkəzi

www.yenicag.az

361