!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəskin problem RİSKİ: “Qərbin Ukraynaya Rusiyaya zərbə icazəsi özünə ziyan vura bilər”

!Reklam – Yazi

“Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Qərbin verəcəyi icazə məhz özünə ziyandır”.

Bunu Yenicag.az-a açıqlamasında Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr üçün icazəsindən sonra baş verə biləcək prosesləri şərh edən politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, öncə nəzərə alınmalı olan məqam Qərbin asanlıqla Ukraynaya bu icazəni verməyəcəyidir.

“Çünki tezliklə Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Qərbin verəcəyi icazə məhz özünə ziyandır. Qarşıdan soyuq və sərt qış ayları gəlir. Rusiyadan enerji asılılığını göz önünə gətirdikdə iki güc arasında köklü ziddiyətlər meydana çıxması mümkündür. Bu baxımdan, sözügedən məsələdə Qərb ehtiyatlı davranmağı üstün tutur.

Eyni zamanda, Rusiya da müəyyən məsələlərdə Qərbə göz yumur. Lakin ölkə dərinliklərində Qərb silahlarının istifadəsi ilə bağlı mənzərə ortaya çıxarsa, proseslər düşündüyümüzdən daha kəskin problem kimi özünü büruzə verəcək”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv