!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kiçik böhran belə tikinti şirkətlərini iflas həddinə gətirirsə...” – Ekspertdən çıxış yolu TƏKLİFİ

!Reklam – Yazi

“Banklar həmin binalardakı mənzilləri kreditlə sataraq, faizlərdən çox böyük gəlir əldə edirlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkənin tikinti sektorunu düşdüyü böhrandan çıxarmaq yollarından danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Elnur Fərzəliyevin sözlərinə görə, tikinti sektoru ölkə iqtisadiyyatının ən aparıcı sahələrindən biridir. Bu sektorun inkişafı tikinti üzrə əlaqəsi olan bütün istehsal müəssisələrini və satış mərkəzlərini işlək vəziyyətdə saxlayır:

“Tikinti sektorunu inkişaf etdirmək və bu sahədə mövcud olan problemləri aradan qaldırmaqla, ölkə iqtisadiyyatının çox böyük fayda vermək olar. Son 20 ildə sürətlə inkişaf edən bu sahə demək olar ki, özəl sektorlardakı iş adamlarının sayəsində hələ ayaqda qala bilir.

Təəssüf ki, yalnız şəxsi vəsaitlə maliyyələşən bu sahədə kiçik böhran yarananda belə, iflas təhlükəsi ilə üz-üzə qalır. Tikintisinə başlanılmış bir çox yeni binaların inşasının yarımçıq qalmasının və oradan mənzil alan vətəndaşların çıxılmaz vəziyyətə düşmələrinin də səbəbi budur.

Çünki böhrana səbəb olan hallar yarandıqda, tikintini aparan şirkətin maliyyə vəsaiti tükənir. Digər tərəfdən isə istər tikintilərə icazələrin verilməsində, istərsə də böyük tikintilər başa çatdıqdan sonra onların sənədləşdirilərək özəlləşdirilməsində də ciddi maneələr mövcuddur”.

Ekspert hesab edir ki, tikinti və daşınmaz əmlak sektorunu inkişaf etdirməyin ən başlıca yollarından biri bu sahəyə aşağı faizlə kreditlərin ayrılmasıdır:

“Tikinti sahəsinə qoyulan pullar çox böyük həcmlə geridönüş edərək, iqtisadiyyatı saat mexanizmi kimi işlək vəziyyətdə saxlayır. Əksər tikinti şirkətləri ilkin mərhələdə öz maddi resursları ilə tikintiyə başlayır, daha sonra isə bütün planlar və inşaatın davamı mənzil alıcılarının ümidinə qalır.

Ona görə də 2 ilə təhvil verilməli olam çoxmənzilli binaların tikintisi bəzən 3-4 il gecikir. Buna səbəb alıcı qıtlığının olmasıdır. Bu cür halların qarşısını almaq üçün dövlət tikinti şirkətlərinə aşağı faizlə kreditlər ayırmaqla, həm sözügedən sahəyə ciddi maliyyə dəstəyi göstərmiş olar, həm də tikinti şirkətləri öz öhdəliklərini vaxtında yerinə yetirə bilərlər.

Tikinti sahəsinə ayrılan kreditləri ən zəmanətli kredit kimi dəyərləndirmək olar. İnkişaf etmiş ölkələrin bu sahədəki bəzi praktikalarına nəzər salsaq, onlarda banklar və tikinti şirkətlərinin, əsasən, müştərək fəaliyyət göstərdiklərini və ortaqlıq etdiklərini görə bilərik. Bundan başqa, banklar həmin binalardakı mənzilləri kreditlə sataraq, faizlərdən çox böyük gəlir əldə edirlər”.

Gülşən Şərif

www.yenicag.az

1430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv