!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiçik padşahların fironluğu

!Reklam – Yazi

3373Dövlət başçımız cənab İlham Əliyevin sayəsində ölkəmiz günü-gündən güclənir, abadlaşır, sürətlə inkişaf eləyir. Bir sözlə desək- tək Qafqazın deyil, bütün dünyanın ən inkişaf eləmiş dövlətlərindən birinə çevrilir. Amma əfsuslar olsun ki bölgələrdəki bəzi İcra Hakimiyyət başçiları bir çox hallarda cənab Prezidentin onlara göstərdiyi etimadı doğrultmurlar.

Bu günlərdə Zərdabın icra başçısının son hadisələrin fonunda əyləndiyi yerdə görüntüləri yayıldı. Dövlət başçısının və ölkə ictimaiyyətinin bütün diqqəti Binəqədidə 15 insanın öldüyü yanğın hadisəsinə yönəldiyi vaxtda Lütfəli Babayevin əcnəbi jurnalistlərlə kef-damaqda olan fotoları tirajlandı.

Lakin dövlətimiz adına ləkə olan bu cür icra başçiları az deyildir.

Bu günlərdə redaksiyamıza Şəmkirin İcra başçısı Alimpaşa Məmmədovun da bəzi fotoları daxil olubdur. Bu fotolara diqqətlə baxin.

İcra başçisi öz kabinetində Şəmkirdə keçiriləcək Beynəlxalq Ailə günü münasibətiylə toplantı keçirib. Otaqdakılar da icra aparatının işçiləri və rayonun ziyalılarıdı. İndi bu adamın oturuşuna, ədasına mədəniyyətinə diqqət yetirin.

Bu həmin adamdir ki, bir müddət əvvəl rayonun polis rəisinə “Bu nə oturuşdu ə, bardeldə-zaddasan bəyəm..”-demişdi. Və buna görə də az qala döyülmüşdü. İndi bu sözlərin yiyəsinin özünün oturuşuna diqqət edin. Qarşisında ayağa qaldırıb sorğu sual elədiyi xanımlar da Şəmkirin ziyalı, sayılıb-seçilən vəzifə sahibləridir. Amma icra başçısı sanki həbsxanadakı dustaqlar, hərbı əsirləri danışdirirmış kimi onları sorğu-sual edir. Bir məsələ ümumiyyətlə qaranlıq qalır. Tutalım ki bu adam xanımları ayağa qaldırmayacaq səviyyəyə, mədəniyyətə sahib deyil – buna görə də onları ayaqüstə qaldırıb sorğu-sual eləyir. Tamam. Bəs bu nə manyaklıqdır? – 5 xanımın beşini də nədən ayaq üstə dindirməlidir ki? Yani birini qaldirib dinləyəndən sonra əyləşdirib, digərini qaldirmaq olmazmı? Niyə ilk ayağa qalxan özündən sonrakıların da hesabatını ayaqüstə qalaraq dinləməlidir. Siz bu mədəniyyətsizliyə nəinki ölkəmizdə, dünyanın hər hansısa bir dövlətində, şəhərində baş verdiyini oxudunuzmu, eşitdinizmi, gördünüzmü? Bu ağıl, bu tərbiyə və mədəniyyətin sahibi də Beynəlxalq Ailə günü keçirə bilərmi? Axı ailə ilk növbədə qadın, ana deməkdir. Bu adamın isə qadına, xanıma olan münasibəti göz qabağındadır. Rəhmətlik Ulu Öndər Heydər Əliyevin televiziyadakı məhşur deyimini yəqin ki, xatırlayırsınız. Onda Heydər Əliyev qarşısında əyləşən bəzi məmurlara eyham vuraraq demışdi ki, “burada bəziləri var ki, evdə xanımından çay istəməyə qorxur, amma ışə gələndə qadın əməkdaşlarının üstünə qışqırır”. Bax Alimpaşa Məmmədov da deyəsən əsl belələrindəndir.

İndisə digər fotolara diqqət yetirin.

Bu foto Alimpaşa Məmmədovun Şəmkirdə keçırılmış Beynəlxalq Aliə günündən sonra əcnəbi qonaqlara verdiyi ziyafət zamanı lentə alınıb. Stolun üstünə diqqət yetirin. Bu görməmişliyin ali zirvəsi deyil, bəs nədir? Masada bir dənə də olsun milli mətbəx nümunəsi yoxdur. Alimpaşa Məmmədov əcnəbiləri, əcnəbi mətbəxləmi təəccübləndirmək istəyir, yoxsa nə? Bu ölkəmiz və dövlətimiz adına utanc deyil, bəs nədir? Ona görə də belə hesab edirik ki, qarşıdan gələn Avropa oyunları zamanı Lütfəli Babayev və Alimpaşa Məmmədov kimilərini əcnəbi qonaqlardan uzaq tutmaq gərəkdir. Yoxsa bizləri biabır edərlər.

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv