KXDR və Cənubi Koreya bir-birinə qarşı istənilən düşmənçilik fəaliyyətini dayandırdıqlarını açıqlayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə Kim Çen İn və Mun Çje İnin görüşün yekununa dair imzaladıqları birgə bəyanatda vurğulanıb.
Tərəflər həmçinin Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsi və danışıqların davam etdirilməsi barədə də razılığa gəliblər.
***
Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüşn ilkin mərhələsi başa çatıb.
Yenicag.az APA-ya istinadən bildirir ki, , Cənubi Koreya-KXDR sammiti demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilir. Məlumata görə, Mun Çje İn və Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar.
Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcəklər
Görüşdən sonra KXDR lideri Kim Çen nahar fasiləsi üçün şimala qayıdıb.
Qeyd edək ki, KXDR aprelin 21-də nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib. Cənubi Koreya-KXDR sammitindən sonra ABŞ və Şimali Koreya liderlərinin görüşmə imkanı nəzərdən keçirilir.
www.yenicag.az