Adil Əliyev həmkarına belə dəstək oldu

media-hightechnic-468x90

22831Millət vəkili Adil Əliyev deputat həmkarı Sevinc Fətəliyevanın müdafiəsinə qalxıb, onun facebook-da təhqir olunmasına qarşı çıxıb.

Yenicag.az gün.az-a istinadən xəbər verir ki,  facebook-da yeni yaranan “Deputat 2015” səhifəsində millət vəkilləri barədə bir neçə gündür müzakirələr gedir və həmin müzakirələrin biri də S.Fətəliyeva ilə bağlı olub ki, orada da bəzi şərhçilər-istifadəçilər tərəfindən təhqiramiz ifadələr yer alıb.

Bu isə S.Fətəliyevanın həmkarı A.Əliyev tərəfindən kəskin etirazla qarşılnıb və sözügedən şəxs öz facebook səhifəsində bununla bağlı status paylaşıb.

Millət vəkili statusunda qeyd edib ki, əvvəla, həmin səhifənin nə dərəcədə ciddi və kimlər tərəfindən yaranması ona çox maraqlıdır.

“Əgər bilən varsa, çox xahiş edirəm, mənə məlumat verəsiniz. Çünki səhifədə məlumat yoxdur. Mən şəxsən səhifənin yaranmasının əleyhinə deyiləm.

Məni narahat edən məqam burada xanım həmkarımızın (S. Fətəliyeva nəzərdə tutulur) barəsində xoşa gəlməyən kommentlərin yer almasıdır. O xanım kiminsə qızı, bacısı, həyat yoldaşı və anasıdır.

Xahiş edirəm, kimsə öz qızına, bacısına, həyat yoldaşına, anasına rəva bilmədiyi sözləri tanımadığı qadın, xanım barəsində yazmasın. Səhifəni yaradanlardan xahish edirəm, təhqirlərə yol verənlərə imkan verməsinlər.

Seçki kampaniyasında kimlərin iştirak etməsi, bəlli olmadığı halda, hələlik Millət Vəkili olan insanlara qarayaxma, şər və böhtanlara start verilməsi yolverilməzdir” – deyə, A.Əliyev daha sonra qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600